Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar ayında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 16,3 milyon manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 3,6% azalıb, elektrik avadanlıqlarının istehsalı isə 20,6% artıb.
Yanvarda 552 ədəd notbuk (19% çox), 260 ədəd stolüstü kompüter, 39,9 min ədəd ölçmə cihazları, 42 ədəd güc transformatorları, 99 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!