Ölkədə istehlak bazarının həcmi 67 mlrd. manatı ötüb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Ölkədə istehlak bazarının həcmi 67 mlrd. manatı ötüb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 67,4 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstəricinin həcmi 2023- cü ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 4,8% artıb. Onun 80 faizini pərakəndə ticarət dövriyyəsi, 16,9 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

    Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,7 faiz artaraq 64,7 milyard manata bərabər olmuş, onun 46,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.