“Rəqəmsal ödənişlər və elektron bankçılıq” adlı dərslik və onun tədris proqramı işıq üzü gördü | Banco.az

“Rəqəmsal ödənişlər və elektron bankçılıq” adlı dərslik və onun tədris proqramı işıq üzü gördü

Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi, Azərbaycan Texniki Universitetinin baş müəllimi Tağıyev Xəyaləddin və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri, “Bank of Baku“ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini Tamerlan Rüstəmov tərəfindən “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik və onun proqramı hazırlanmışdır.

Dərslik “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqaməti üzrə prioritet hədəflərin icrası çərçivəsində ABA, “Visa Inc.” beynəlxalq kart təşkilatı, “Zolotoya Korona” ödəniş sistemi və rəqəmsal ödəniş ekosistemində təmsil olunan qabaqcıl maliyyə institutlarının dəstəyi əsasında nəşr edilmişdir.

Kitabda rəqəmsal ödənişlər, ödəniş ekosistemi və onun komponentləri, ödəniş alətləri və xüsusiyyətləri, rəqəmsal ödənişlər sahəsində qanunvericilik bazası və təkmilləşmə istiqamətləri, elektron bankçılıq xidmətləri və onlardan istifadə, rəqəmsal ödənişlər üzrə qabaqcıl beynəlxalq təcrübə və innovativ həllər, habelə rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatları açıqlanmışdır. Dərslikdə, həmçinin müxtəlif iqtisadi ədəbiyyatlarda rəqəmsal ödənişlərə nəzəri baxışlar, “hörümçək toru” prinsipi və onun şərhi verilmişdir.

Öl­­kəmiz­­də bu sahədə ilk də­­fə nəşr olunan bu kitab cə­­miy­­yə­­ti­­miz­­də rə­­qəm­­sal ödə­­niş­­lər və elekt­­ron bank­­çı­­lıq xid­­mət­­lə­­ri üzrə ma­­liy­­yə savadlılığının yüksəldilməsi, ödə­­niş eko­­sis­­te­­min­­də fə­a­­liy­­yət gös­­tə­­rən mü­­tə­­xəs­­sis­­lə­­rin bi­­lik və ba­­ca­­rıq­­la­­rı­­nın da­­ha da tək­­mil­­ləşdiril­­mə­­si­­nə xid­­mət edə­­cək­­dir.

Ən sərfəli kredit üçün müraciət et

Kitabı aşağıdakı elektron poçt ünvanından sifariş edə bilərsiniz:

https://shop.az/293698-kitab-reqemsal-odenisler-ve-elektron-bankciliq-xidmetleri

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et