Ölkədə hansı rayon əhalisinin pulu daha çoxdur? | Banco.az

Ölkədə hansı rayon əhalisinin pulu daha çoxdur?

2018-ci ilin mart ayının 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 750,3 mln. manat təşkil edib.

Əmanətlərin 2 mlrd. 935,2 mln. manatı milli valyuta, 4 mlrd. 815,1 mln. manatı isə xarici valyuta ilə yerləşdirilib.

Manatla əmaəntlərin xüsusi çəkisi 37,87%, xarici valyutada əmanətlərin çəkisi isə 62,13% təşkil edib.

Xatırladaq ki, bu nisbət fevral ayının 1-nə xarici valyutalar üzrə 66,3% idi. Bir ayda əmanətlərin dollarlaşması 4%-dən çox azalıb. Yanvar ayı ilə müqayisədə isə azalma 3,1% olub. 

Regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə gəlincə, Bakı sakinləri banklara daha çox pul yatırıblar - 7143311.1 min manat. Paytaxt üzrə əmanətlərin orta faiz dərəcəsi 4,3 % təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Əmanətlərin həcminə görə, ikinci sırada Abşeron iqtisadi rayonu bankları yer alıb. Bu rayon üzrə banklardakı əmanətlərin həcmi 165996.5 min manatdır. Əmanətlər üzrə orta faiz dərəcəsi  7% təşkil edib. 

Gəncə-Qazax iqtisadi rayonu üzrə bu rəqəm 136564.6 min manat, Aran iqtisadi rayonu üzrə 110164.2 min manatdır. 

Qeyd edək ki, hesabat dövrünə milli valyutada əmanətlərin orta faiz dərəcəsi 7.4 %, xarici valyuta ilə 2.5 faizdir. 

Oxu.Az

Ən sərfəli krediti almaq üçün müraciət et