Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin eyni dövrünə nisbətən 10,2 faiz artaraq 1007,5 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 4 031,5 manat, qeyri-neft-qaz sektorunda 950,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 943,2 manat, özəl müəssisələrdə isə 1077,2 manat olub.
Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3 866,8 manat), maliyyə-sığorta (3 134,2 manat), informasiya və rabitə sahəsindədir (1 727,0 manat).
Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (563,2 manat) sahəsindədir.
Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır – 3 517,2 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir – 4 746,7 manat.
Bizi sosial şəbəkələrdən izləyin!!