Ölkədə əhali könüllü yoxsa icbari sığortaya daha meyillidir? - ARAŞDIRMA | Banco.az

Ölkədə əhali könüllü yoxsa icbari sığortaya daha meyillidir? - ARAŞDIRMA

2018-ci ilin may ayında ölkədə toplanmış sığorta haqqı 351 mln 821 min olub, bu göstərici keçən ayla müqayisədə 16% çox, keçən ilin may ayı ilə müqayisədə 46% çoxdur. Yanvardan May ayına qədər isə sığorta haqları 300%-dən çox artıb.

Aşağıdakı dinamikada sığorta haqları min manatla göstərilmişdir.

 

Trenddən görünür ki, sığorta haqları hər ay müvafiq artım meyilliyinə sahibdir.

Sığorta siniflərinə gəldikdə isə, sığorta haqlarının 73%-i könüllü sığorta, 27%-i icbari sığorta təşkil edir. Son 5 ay ərzində  könüllü sığorta üzrə 255%, icbari sığorta üzrə isə 775% artım mövcuddur. 

Maraqlı detal ondadır ki, könüllü sığortada həyat sığortası (54%) , icbari sığortada isə qeyri-həyat sığortası (79%) üstün çəkiyə malikdir.

Qeyri-həyat sığortasında isə ən çox pay əmlak sığortasınındır.

Sığorta sinifi

Sığorta payı

Şəxsi

47%

Əmlak 

53%

Ən sərfəli kredit üçün müraciət et

Xəzər Aslanov, banco.az