Ölkədə dollar alanların sayı azalıb | Banco.az

Ölkədə dollar alanların sayı azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən 2016-cı ilin noyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 49,54 mln. ABŞ dollarının xalis satışı həyata keçirilib. Oktyabr ayında xalis satış bundan təxminən 1,9 dəfə çox - 94,54 mln. dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Ümumiyyətlə, 2016-cı ilin ilk 11 ayında kommersiya banklarının əhaliyə xalis dollar satışı 425,081 mln. dollar təşkil edib.

Əvvəlki ilin noyabrında isə bankların əhaliyə xalis dollar satışı 377,884 mln. dollar olub.