Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin oktyabr ayının 1-nə Azərbaycanda bankomatların sayı 3 119 ədəd, POS-terminalların sayı isə 81 799 ədəd təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankomatların sayı 2.9% və ya 90 ədəd, POS-terminaların sayı isə 9.9% və ya 7 min 343 ədəd artıb.
Əlavə edək ki, bankomatların 1 621 ədədi Bakıda, 1 498 ədədi regionlarda, POS-terminalların 55 min 362 ədədi Bakı şəhərində, 26 437 ədədi isə regionlarda yerləşir.
Bizi sosial şəbəkələrdən izləyin!!