Ölkədə bank sektoru ilin yanvar-sentyabr ayları ərzində 683,2 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz çoxdur.
9 ay ərzində bankların əməliyyat gəlirləri 2 826,5 milyon manat (1 il əvvələ nəzərən 30,2% çox), əməliyyat xərcləri 1 812,5 milyon manat (27,8% çox), xüsusi ehtiyatlara ayırmaları 173,4 milyon manat (12,4%), gözlənilməz xərcləri 0,5 milyon manat (1 il əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 157 milyon manat (67,4% çox) təşkil edib.
report
Bizi sosial şəbəkələrdən izləyin!!