Ölkədə avtomobil yanacağının istehsalı azalıb | Banco.az

Ölkədə avtomobil yanacağının istehsalı azalıb

Bu ilin yanvar-fevral aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 646,5 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4% azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 50,6%, neft koksunun istehsalı isə 12,8% artıb.

    Məlumata görə, hesabat dövründə qazoylların (dizel yanacağının) istehsalı 0,6%, avtomobil benzininin istehsalı 3,7%, ağ neft istehsalı 7,5%, neft bitumu istehsalı 47,1%, mazut istehsalı isə 90,8% azalıb.

    Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

    Azərbaycanda neft məhsullarının dinamikası:

    Məhsul növləri

    2023-cü il, yanvar-fevral

    İllik müqayisə, %

    Avtomobil benzini, min ton

    216,8

    96,3

    Ağ neft, min ton

    85,7

    92,5

    Dizel yanacağı, min ton

    356

    99,4

    Yanacaq mazutu, min ton

    3,1

    9,2

    Sürtkü yağları, min ton

    12,2

    150,6

    Maye qazlar

    45,7

    93,6

    Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

    168,7

    77,5

    ondan:

     

     

    Neft bitumu, min ton

    20,2

    52,9

    Neft koksu, min ton

    41,4

    112,8

    Ən sərfəli kredit üçün müraciət et

    APA

    Ən sərfəli krediti almaq üçün müraciət et