Ölkədə ATM və POS-terminalların sayı azalıb | Banco.az

Ölkədə ATM və POS-terminalların sayı azalıb

Banco.az-ın Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, son bir ayda Azərbaycanda fəaliyyətdə olan ATM və POS-terminalların sayı azalıb.

Belə ki, Respublika ərazisində ilin əvvəlində 2573 olan ATM sayı, hal-hazırda 2560 ədəd təşkil edir.

Azalma əsasən regionlarda müşahidə olunur. 

Hesabata əsasən, cari il aprelin 1-nə ölkədə hər 3,8 min nəfərə bir bankomat düşüb. İlin əvvəlində isə bu göstərici 3,6 min nəfər/ATM təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

POS-terminalların sayında da azalma görünür. POS-terminal sayı ilin əvvəlindən 5,9% azalaraq aprelin 1-nə 75 563 ədəd təşkil edib.

POS-terminalların 43 476 ədədi Bakının, 32 087 ədədi isə regionların payına düşüb.

Bildirmək istərdik ki, cari il aprelin ayının 1-nə hər 130 nəfərə bir POS-terminal düşüb. İlin əvvəlində isə bu göstərici 120 nəfər/terminal olub.