Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 4% azalıb | Banco.az

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 4% azalıb

2020-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 12716,6 milyon manat məbləğində vəsait cəlb olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% azdır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 11% azalıb.

İstifadə olunmuş vəsaitin 65,9%-i (8374,4 milyon manatı) məhsul istehsalı sahələrinə, 25%-i (3185,0 milyon manatı) xidmət sahələrinə, 9,1%-i (1157,2 milyon manatı) isə yaşayış evlərinin tikintisinə sərf olunub Əsas kapitala yönəldilmiş vəsaitlərin 63,9%-ni (8130,5 milyon manatı) daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 62,6%-i (7958,2 milyon manatı) bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 57,9%, büdcə vəsaitləri 24,2%, bank kreditləri 6,8%, əhalinin şəxsi vəsaitləri 6,2%, sair vəsaitlər 3,3%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,6% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et