Ölkə iqtisadiyyatı cüzi böyüyüb | Banco.az

Ölkə iqtisadiyyatı cüzi böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-iyun aylarında ölkədə 60,3 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1% azalıb, qeyri neft-qaz sektorunda isə 3,1% artıb.

Məlumata görə, ÜDM istehsalının 43,7%-i sənaye, 9,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9%-i nəqliyyat və anbar təsərrüfatı, 4,7%-i tikinti, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3%-ni təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu dövrdə əhalinin hər nəfərinə düşən ÜDM 5 946,9 manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et