Bu ilin birinci yarısında ölkə iqtisadiyyatına 7,3 milyard ABŞ dolları həcmində xarici investisiyalar yönəldilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövründəkindən 38,3 faiz çoxdur.
İnvestisiyaların 11,2 faizi iqtisadiyyata maliyyə kreditləri, 53,1 faizi birbaşa, 35,7 faizi isə portfel və digər investisiyalar şəklində daxil olub.
Birbaşa investisiyaların həcmi 3,9 milyard dollar təşkil edərək 2013-cü ilin eyni dövrü ilə müqayisədə 30,2 faiz artıb. Birbaşa investisiyaların 3,3 milyard dolları və ya 85,3 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib.
Bu dövrdə ölkə rezidentlərinə 815,5 milyon ABŞ dolları ekvivalentində xarici kreditlər təqdim edilib, onlardan 46,5 faizi dövlət təminatlı kreditlər olub.
ANS PRESS