Ölkə əhalisinin 11%-ə yaxını pensiyaçılardır | Banco.az

Ölkə əhalisinin 11%-ə yaxını pensiyaçılardır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 13,5 faiz artırılaraq 3 314,5 milyon manata çatdırılıb. 

Banco.az DSK-ya istinadən xəbər verir ki, sərf olunmuş vəsaitin 97,6 faizini pensiya xərcləri təşkil edib.

2024-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1101,0 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən ilin eyni dövründə Dövlət Sosial Müdafiə Fondunda 1096,6 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edirdi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram