Ölkə əhalisinin 10,8 faizi pensiyaçılardır | Banco.az

Ölkə əhalisinin 10,8 faizi pensiyaçılardır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari il oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1094,6 min nəfər pensiyaçı qeydiyyatda olub.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Ötən il oktyabrın 1-də Dövlət Sosial Müdafiə Fondunda 1138,7 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu zaman pensiyaçılar ölkə əhalisinin 11,3 faizini təşkil edib. 

Onların 64,2 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,2 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. 

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et