Ölkə əhalisi geyimə 5 mlrd. manata yaxın pul xərcləyib | Banco.az

Ölkə əhalisi geyimə 5 mlrd. manata yaxın pul xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 789,4 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 4,4% çoxdur. 

Qeyd edək ki, ötən 6 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 12,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram