Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571 milyon manatlıq, o cümlədən 31 milyard 937 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 634 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Banco.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövündə əhali 8 milyard 753 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabı, 2 milyard 828 milyon manatlıq elektrik malları və mebellər, 795,5 milyon manatlıq kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 1 milyard 424 milyon manatlıq əczaçılıq məhsulları, 3 milyard 521 milyon manatlıq avtomobil benzini və dizel yanacağı alıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
