Ölkə əhalisi 7 ayda geyimə 4,1 mlrd. manat pul xərcləyib | Banco.az

Ölkə əhalisi 7 ayda geyimə 4,1 mlrd. manat pul xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 133 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 4,9% çoxdur. 

Qeyd edək ki, ötən 7 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram