Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan əhalisi bu ilin yanvar-noyabr aylarında ərzaq məhsullarına 27 milyard 250 milyon manat vəsait xərcləyib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin 11 ayı ilə müqayisədə 2,2% çoxdur.
Məlumata görə, hesabat aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 480 manatlıq, o cümlədən 263,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 216,8 manatlıq qeyri-ərzaq malları alıb.
Bizi sosial şəbəkələrdən izləyin!!