Ölkə daxilində pulu necə göndərmək əlverişlidir? | Banco.az

Ölkə daxilində pulu necə göndərmək əlverişlidir?

Istər ölkədaxili, istərsə də beynəlxalq səviyyədə pul köçürmələri bir sıra yollarla həyata keçirilir. Azərbaycanda banklararası pul köçürmələri əsasən XÖKHS (Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq sistemi), AZİPS (Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar sistemi/Azerbaijan İnterbank Payments System), S.W.I.F.T. və KÖMİS (Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi) vasitəsilə həyata keçirilir. Bununla yanaşı, banklar tərəfindən əsasən fiziki şəxslərə təcili pul köçürməsi xidmətləri göstərilir ki, bu xidmətlər daxilində şəxs bankda hesab açmadan dünyanın istənilən nöqtəsinə bir neçə dəqiqə ərzində pul köçürə bilər. Azərbaycanda fəaliyyət göstərən pul köçürmələri sistemləri arasında ən məşhur olanları Western Union, Contact, Blizko, Privat Money, Caspian Money Transfer, Migom və s.dir.

Lakin bununla yanaşı Azərbaycanın bir sıra bankları özlərinin pul köçürmə sistemlərini yarada bilmişlər. Həmin banklara Zamin Bank (Caspian Money Transfer), Muğanbank (Monex), Azərbaycan Beynəlxalq Bankı (IBA-Express), AccessBank (AccessTransfer), AFB Bank (AFB Transfer), DəmirBank (Şimşək) və Kapital Bank (Xəzri) daxildir. 

2006-cı ildə ilk Azərbaycan beynəlxalq pul köçürmə sistemi olan "Caspian Money Transfer"i "Zaminbank" ASC tərəfindən yaradılmışdır. CMT sisteminə Azərbaycanın aparıcı bankları, həmçinin Ukrayna, Özbəkistan, Türkiyə, Tacikistan, ABŞ, Rusiya, Çexiya, BƏƏ, Litva, Latviya, Qırğızıstan, Çin, Qazaxıstan, İtaliya, İspaniya, Gürcüstan, Yunanıstan, Almaniya, Böyük Britaniya, Belarusiya (MDB ölkələri, Rusiya, Yaxın və Uzaq Xaric ölkələri) kimi ölkələrin bankları da qoşulublar. 

Ölkələr Məbləğ (AZN) Tariflər  Məbləğ (AZN) Tariflər
Azərbaycan: Zaminbank filial və şöbələri 5000 AZN-ə qədər 0.2% 5000 AZN-dən yuxarı 0.1%
Digər yerli partnyor banklar 5000 AZN-ə qədər 0.6% 5000 AZN-dən yuxarı 0.5% 
  Məbləğ (USD/EUR) Tariflər (USD/EUR) Məbləğ (RUR) Tariflər (RUR)
Yuxarıda qeyd olunan digər ölkələr 100-dən aşağı 3 1000-dən aşağı 18
  101-200 4 1001-3000 35
  201-300 6 3001-6000 80
  301-400 8 6001-10000 150
  401-500 10 10001-15000 240
  501-600 12 15001-20000 330
  601-700 15 20001-30000 480
  701-800 18 30001-40000 670
  801-900 20 40001-50000 860
  901-1000 25 50001-65000 1130
  1001-1500 28 65001-80000 1410
  1501-2000 30 80001-100000 1700
  2001-dən yuxarı 1.5% 100001-dən yuxarı 1.5%

“MONEX” təcili pul köçürmə sistemi 2011-ci ildə yaradılıb. “MONEX” sistemi fiziki şəxslər arasında beynəlxalq və ölkədaxili pul köçürmələri üçün vasitədir. Monex Azərbaycan daxilində AccessBank, AFB Bank, AGBank, Amrahbank, Atabank, Atrabank, ASB, Azər-Türk Bank, Bank Avrasiya, Bank BTB, Bank of Azerbaijan, Bank of Baku, Bank Respublika, Bank Standard, DəmirBank, Expressbank, Gəncə Bank, Muğan Bank, Naxçıvan Bank, NBC Bank, Nikoil Bank, ParaBank, Qafqaz İnkişaf Bankı, RabitəBank, TuranBank, Unibank, Xalq Bank, United Credit Bank və Zamin Bank kimi banklarla əməkdaşlıq edir. Bununla yanaşı, Gürcüstanda “Alpha Express”, “Bank Konstanta” və “İnvestBank”, Özbəxistanda “Asiya Express”, BƏƏ-də “İnstant Cash”, Çexiyada “MoneyPolo”, Rusiyada isə “Test KB” və “İnvestment Union KB” kimi partnyorları vardır.

Ölkələr Tariflər Valyuta
Azərbaycan daxilində 0.2% (min. 1 AZN/USD/EUR; 30 RUR) AZN, USD, EUR, RUR
Çexiya, Böyük Britaniya, Monqolustan, Nepal 1.5% USD, EUR
Özbəkistan 1.5% USD
BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt 1.5%, (min. 10 USD) USD
Rusiya 1.5% USD, EUR, RUR
Gürcüstan 1.5% USD, EUR

Ən sərfəli kredit üçün müraciət et

IBA-EXPRESS təcili pul köçürmələri sistemi 2009-cu ildə ABB və onun törəmə şirkəti olan “Bank MBA-Moskva” tərəfindən yaradılmışdır. IBA-EXPRESS sistemi üzrə köçürmələrin maksimal məbləği - 20000 ABŞ dolları, 15000 Avro, 590000 Rus rubludur. Pul köçürmələri ABB-Moskva ilə ABB arasında həyata keçirilmişdir.

Ölkələr Məbləğ Tariflər
Gürcüstan, Qırğızıstan 1-300 USD/EUR; 51-9000 RUR 3 USD/EUR; 90RUR
  301-20000 USD; 301-15000 EUR; 9001-590000 RUR 1%
Tacikistan 1-20000 USD; 1-15000 EUR 1.5%

DəmirBank ölkədaxili pul köçürmələrini həyata keçirən “Şimşək” sistemini yaratmışdır. “Pul köçürənə / alana mobil danışıq kartı hədiyyə” aksiyası çərçivəsində DəmirBank-ın filiallarında pul köçürmə sistemləri ilə pul göndərən və ya alan müştərilərə mobil rabitə ödəmə kartları hədiyyə edilir.

Məbləğ Tariflər
10-50 AZN/USD/EUR 0.5 AZN; 1 USD/EUR
51-100 AZN/USD/EUR 1 AZN/USD/EUR
101-150 AZN/USD/EUR 1.5 AZN; 2 USD/EUR
151-200 AZN/USD/EUR 2 AZN/USD/EUR
201-2000 AZN/USD/EUR 0.5%
2001-20000 AZN/USD/EUR 0.3%

Kapital Bankın “Xəzri” beynəlxalq sürətli pulköçürmə sistemi 2007-ci ildə yaradılıb. “Xəzri” Bankda hesab açmadan fiziki şəxslər arasında beynəlxalq sürətli pul köçürmələrinin aparılmasını təmin edir. Bu sistem Azərbaycanda, Rusiyada, Ukraynada və Gürcüstanda ümumilikdə 4200-dən artıq xidmət məntəqəsində tətbiq olunur.

Ölkələr Tariflər Valyuta
Azərbaycan daxilində 0.8% (min. 1 AZN/USD; maks. 30 AZN/USD) AZN, USD
Rusiya 1.5% (min. 2 USD/EUR) USD, EUR
Ukrayna, Gürcüstan 1% (min. 2 USD/EUR) USD, EUR
Tacikistan 1% (min. 2 USD/EUR) USD, EUR

AccessBank öz müştərilərinə yeni "AccessTransfer" pul köçürmə sistemini təqdim edir. AccessBank-ın istənilən filialından bu köçürmələri həyata keçirmək mümkündür. 

Məbləğ Tariflər
5000-ə qədər AZN/USD 0.5% (min. 1 AZN/USD)
5001-10000 AZN/USD 0.3% (min. 25 AZN/USD)
10000-dən yuxarı AZN/USD 0.2% (min.30 AZN/USD)

AFB Bank tərəfindən "AFB Transfer" pul köçürməsi sistemi təqdim edilmişdir. Sistem filiallararası pul köçürmələrini hesab açmadan həyata keçirmək üçün yaradılmışdır. Köçürülən məbləğ üçün 0.1% (min. 3 AZN) komissiya tətbiq edilir. 

Ən sərfəli krediti almaq üçün müraciət et