Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin mart ayının əvvəlinə Azərbaycan bankları 752.6 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 110.9 milyon manat və ya 17,3% çoxdur.
Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği cari ilin yanvar ayının əvvəlinə 3 milyard 969 milyon manat, ötən ilin mart ayının 1-də isə 641.7 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!