Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar ayının əvvəlinə Azərbaycan bankları 3 milyard 969 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 10,3%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 13,7% çoxdur.
Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği ötən ilin dekabr ayının əvvəlinə 3 milyard 598 milyon manat, ötən ilin yanvar ayının 1-də isə 3 milyard 492 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!