Ölkə banklarının faiz gəlirləri 33% artıb | Banco.az

Ölkə banklarının faiz gəlirləri 33% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycan bankları 2 milyard 279 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 15,3%, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 32,9% çoxdur.  

Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği ötən ayın əvvəlində 1 milyard 976 milyon manata, ötən ilin sentyabr ayının 1-də isə 1 milyard 715 milyon manata bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et