Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin noyabr ayının əvvəlinə Azərbaycan bankları 3 milyard 242 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 12,5%, 2023-ci ilin eyni dövrü ilə müqayisədə isə 13,3% çoxdur.
Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği oktyabr ayının əvvəlinə 2 milyard 883 milyon manat, ötən ilin noyabr ayının 1-də isə 2 milyard 861 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!