Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin dekabr ayının əvvəlinə Azərbaycan bankları 3 milyard 177 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 11,1%, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 28,6% çoxdur.
Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği ötən ayın sonunda 2 milyard 861 milyon manata, ötən ilin dekabr ayının 1-də isə 2 milyard 470 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!