Ölkə banklarının faiz gəlirləri 3 mlrd. manata yaxınlaşır | Banco.az

Ölkə banklarının faiz gəlirləri 3 mlrd. manata yaxınlaşır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin oktyabr ayının əvvəlinə Azərbaycan bankları 2 milyard 883 milyon manat faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 8,9%, 2023-ci ilin eyni dövrü ilə müqayisədə isə 11,7% çoxdur.  

Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği sentyabr ayının əvvəlinə 2 milyard 648 milyon manat, ötən ilin oktyabr ayının 1-də isə 2 milyard 582 milyon manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram