Ölkə banklarının faiz gəlirləri 2.3 mlrd. manatı ötüb | Banco.az

Ölkə banklarının faiz gəlirləri 2.3 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin avqust ayının əvvəlinə Azərbaycan bankları 2 milyard 302 milyon manat faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 340 milyon manat, 2023-ci ilin eyni dövrü ilə müqayisədə isə 16,5% çoxdur.  

Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği iyul ayının əvvəlinə 1 milyard 962 milyon manat, ötən ilin avqust ayının 1-də isə 1 milyard 976 milyon manata bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram