Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin aprel ayının əvvəlinə Azərbaycan bankları 1 milyard 342,1 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 207.2 milyon manat və ya 18.3% çoxdur.
Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği ötən ilin aprel ayının əvvəlinə 1 milyard 134,9 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
