Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin aprel ayının əvvəlinə Azərbaycan bankları 1 milyard 134 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 172.3 milyon manat və ya 17.9% çoxdur.
Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği cari ilin yanvar ayının əvvəlinə 3 milyard 969 milyon manat, ötən ilin aprel ayının 1-də isə 962.6 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!