Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin 1 noyabr tarixinə Azərbaycan banklarında fiziki şəxslərin depozitləri 12 271,2 milyon manat olub.
Banco.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu, 1 ay əvvəllə müqayisədə 1.2% və ya 147.3 mln. manat azdır. Oktyabr ayı ərzində fiziki şəxslərin əmanətlərində baş vermiş azalma bağlanmış bankla bağlı olub. Fiziki şəxslərin əmanətləri illik müqayisədə isə 9% artıb.
Fiziki şəxslərin depozitlərinin 6 597,7 milyon manatı (53.8%) müddətli, 5 673,4 milyon manatı isə tələbli depozitlər olub.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə bankların əmanət portfeli 11 256 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!