Ölkə banklarında fiziki şəxslərin depozitləri 13 milyard manatı ötüb | Banco.az

Ölkə banklarında fiziki şəxslərin depozitləri 13 milyard manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin 1 mart tarixinə Azərbaycan banklarında fiziki şəxslərin depozitləri 13 milyard manatı ötüb (13,003.6 mln. manat). 

Banco.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Məlumata görə, fevralda fiziki şəxslərin depozitləri 1,3% və ya 172,4 mln. manat artıb. 

Fiziki şəxslərin depozitlərinin 7 milyard 174 milyon manatı (55,2%) müddətli, 5 milyard 829 milyon manatı isə tələbli depozitlər olub. Hüquqi şəxslərin tələbli depozitləri 17,037.3 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77,6%-ni təşkil edib. 

Qeyd edək ki, ötən ilin müvafiq dövründə banklarda fiziki şəxslərin əmanətləri 11 milyard 653 milyon manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram