Ölkə bankları valyuta mübadiləsi üzrə gəlir marjasını 42% artırıblar | Banco.az

Ölkə bankları valyuta mübadiləsi üzrə gəlir marjasını 42% artırıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən il manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Blumberq” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib.

Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın hərəkət edib. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6945 manat, satış məzənnəsi isə 1.7020 manat təşkil edib. Beləliklə, banklar hər 100 dolların alqı-satqısından 75 qəpik gəlir əldə ediblər. Bu da 2022-ci illə müqayisədə 41.5% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2022-ci ildə kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6971 manat, satış məzənnəsi isə 1.7024 manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et