Ölkə bankları I yarımildə "Blumberq"də 17 milyard manatlıq əqd bağlayıb | Banco.az

Ölkə bankları I yarımildə "Blumberq"də 17 milyard manatlıq əqd bağlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-iyun aylarında "Blumberq" ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında 16.6 mlrd. manat məbləğində 1536 ədəd əqd bağlanıb.

Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"nda qeyd edilib.

Məlumata görə, bu əməliyyatların 94.5%-i 1-3 günlük olub: "Həyata keçirilən tədbirlərin nəticəsi olaraq faiz dəhlizinin parametrlərinin banklararası bazarda faizlərə yüksək təsiri müşahidə olunub. Belə ki, verilən pul siyasəti qərarlarının təsiri ilə "Blumberq" ticarət sistemində 1 günlük əməliyyatlar üzrə orta faiz iyun ayında ötən ilin sonu ilə müqayisədə 1.76 f.b. yüksəlib". 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram