Ölkə bankları 11 ayda "Blumberq" platformasında 2 313 əqd bağlayıb | Banco.az

Ölkə bankları 11 ayda "Blumberq" platformasında 2 313 əqd bağlayıb

2023-cü ilin 11 ayında "Blumberq" platformasında banklar arasında milli valyutada 27.4 mlrd. manat məbləğində 2 313 təminatsız əqd bağlanıb.

Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Pul siyasətinin əsas istiqamətləri" hesabatında qeyd edilib.

Məlumata görə, bu dövrdə banklararası REPO bazarında 4.5 mlrd. manat həcmində 1215 əqd bağlanıb. Həm təminatsız, həm də təminatlı pul bazarında faizlər il ərzində faiz dəhlizinin dəyişiminə reaksiya verib. İlk dəfə pul bazarında orta faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində formalaşmağa başlayıb.

Belə ki, 2023-cü ilin dekabr ayının ötən dövründə banklararası təminatsız pul bazarında 1-3 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi (1D AZIR) 7.5%, banklararası REPO bazarında 6-8 günlük əməliyyatlar üzrə orta faizlər (1W AINAIB) isə 7.8% təşkil edib. Aparılmış təhlillər göstərir ki, müəyyən bank qrupları üzrə banklararası faizlərlə hüquqi şəxslərin manatla depozitləri üzrə faizlər eyni istiqamətdə dəyişir. Bunlar pul siyasəti qərarlarının faiz kanalı ilə ötürücülüyünün yaxşılaşdığını deməyə əsas verir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram