Ölkdə elektron qaydada olan ödənişlər - SİYAHI | Banco.az

Ölkdə elektron qaydada olan ödənişlər - SİYAHI

Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərə əsasən, bundan sonra bir çox ödənişlər elektron qaydada həyata keçirilməlidir. 

Hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsi tələb olunan sahələrin siyahısını təqdim edirik:

- İnzibati cərimələr;   

- Maliyyə sanksiyaları;

- Vergilər;

 - Gömrük rüsumları və yığımları; 

  - Faizlər;

- Lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi; 

- Sığorta ödənişləri;

- Dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;

Ən sərfəli kredit üçün müraciət et

- Stasionar telefon xidmətləri və kommunal xərclər;

- Vergi ödəyicilərinə faizsiz pul vəsaitlərinin və digər ayırmaların ödənilməsi və qaytarılması;

- Dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);

- Təhsil haqlarının ödənilməsi;

- Tur agentlərə ödənişlər.

Qeyd edək ki, bu dəyişikliklərlə bağlı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişikliklər edilib. Onların tam mətni ilə buradan tanış ola bilərsiniz. 

©Fins.az