Müəllif: Tamara Mustafayeva, Banco.az
Olimpiya Oyunları Paris iqtisadiyyatını canlandırıb.
Banco.az xəbər verir ki, Paris 2024 Yay Olimpiya Oyunlarının açılışının ilk həftəsonu ərzində şəhərdə fəaliyyət göstərən kiçik biznesin satışları əvvəlki illə müqayisədə 26 faiz artıb.
Olimpiya və Paralimpiya Oyunlarının Rəsmi Ödəniş Texnologiyası Partnyoru olan "Visa" Paris 2024 Yay Olimpiya Oyunlarının açılış həftəsonu zamanı istehlakçıların xərcləmə modellərini əks etdirən məlumatları dərc etdi.
Məlumatlara görə, Parisdəki kiçik müəssisələrin "Visa" kart istifadəçilərinə satışları Olimpiya Oyunlarının açılışının ilk həftəsonunda əvvəlki illə müqayisədə 26 faiz artıb. Parisdəki xərclərdə ən böyük artım 159 faiz ilə teatr və muzeylərdə olub. Qida və marketlərdə 42 faiz, restoranlarda 36 faiz, pərakəndə satışda 21 faiz, əyləncədə 18 faiz artım müşahidə edilib.
Xarici xərclərdə ən böyük payın sahibi 29 faizlə ABŞ-dan gələn "Visa" kart sahibləri olub.
Bununla yanaşı, qeyd edilib ki, Olimpiya Oyunlarından əvvəl Parisə uçuş rezervasiyalarında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 39 faiz artım olub. Amerika Birləşmiş Ştatlarından gələn qonaqlar 64 faizlik artımla əvvəlki illə müqayisədə ən çox artım göstərən qrup olub ki, bu ölkədən gələnləri 61 faizlə Almaniya, 27 faizlə İspaniya izləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!