Olimpiya Oyunları Fransa iqtisadiyyatına necə təsir edəcək? | Banco.az

Olimpiya Oyunları Fransa iqtisadiyyatına necə təsir edəcək?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransa iqtisadiyyatının Paris Olimpiadasına edilən xərclər hesabına böyüməsi gözlənilir.

Banco.az xəbər verir ki, Fransanın ev sahibliyi edəcəyi 2024-cü il Yay Olimpiya Oyunlarının ölkənin iqtisadi artımına müsbət töhfə verəcəyi gözlənilir.

Dünyanın ən böyük idman turnirlərindən biri olan Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.

Tədbirdən əvvəl həyata keçirilən investisiya xərcləri xüsusilə tikinti sektorunda canlanma yaradıb ki, yüksək alıcılıq qabiliyyətinə malik ziyarətçilərin sayı müxtəlif xidmət sektorlarında, xüsusən də turizmlə bağlı tələbatın və fəallığın artmasına səbəb olur.

Qeyd edək ki, 2024-cü il Paris Olimpiadası tarixdə ən çox bilet satılan oyunlar olub. Oyunlar üçün buraxılan 10 milyon biletdən 9,3 milyonu satılıb. Paris Turizm Ofisi oyunlar zamanı Parisə səyahət edən turistlərin 2,6 milyard avro xərcləyəcəyini proqnozlaşdırır. Bu xərclərin inflyasiyanın və yaşayış minimumunun yüksəldiyi bir vaxtda Fransa iqtisadiyyatını stimullaşdıracağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün bildirək ki, 2024-cü il Olimpiya və Paralimpiya Oyunlarının rəsmi büdcəsi 8,8 milyard avro həcmində qiymətləndirilir. Fransanın Olimpiada üçün ümumi xərclərinin isə təxminən 10 milyard avroya çatacağı təxmin edilir. Olimpiadanın iqtisadi töhfəsini təhlil edən Fransada yerləşən İdman Hüququ və İqtisadiyyatı Mərkəzinin məlumatına görə, Olimpiadanın Paris şəhərinə 6,7 milyard ilə 11,1 milyard avro arasında töhfə verəcəyi gözlənilir.

Bununla yanaşı, Paris 2024 Təşkilat Komitəsinin məlumatına görə, oyunlar 181 min nəfəri işlə təmin edəcək və "fəaliyyəti və məşğulluğu artırmaq üçün təkan" olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et