Müəllif: Tamara Mustafayeva, Banco.az
Məlum olduğu kimi, hazırda Fransanın paytaxtı Paris şəhərində Yay Olimpiya oyunları keçirilir. Bu oyunlarda idmançılar təmsil etdikləri ölkələrə qürurverici anlar bəxş etmək üçün mübarizə aparırlar.
Banco.az xəbər verir ki, adından fərqli olaraq, Olimpiya qızıl medalları tamamilə qızıldan hazırlanmır.
Belə ki, bu medallar gümüş medalın üzərinin qızılla örtülməsindən əldə olunur. Ümumi çəkisi 523 qram olan qızıl medalın təkcə 6 qramı saf qızıldan, qalanı isə gümüşdən hazırlanır.
Gümüş medalların çəkisi isə 525 qramdır və xalis gümüşdən, bürünc medallar 455 qram ağırlığında olmaqla mis, qalay və sinkdən hazırlanır.
Ancaq bu, yeganə sürpriz deyil. Belə ki, builki Olimpiya medalları tarixi ənənələrindən bir qədər uzaqlaşaraq Paris Olimpiya medallarının adi kompozisiyalarının üstünə Eyfel qülləsindən bir dəmir parçası da daxil ediləcək.
Eyfel qülləsinin dəmir parçasının dəyəri əvəzsiz olsa da, olimpiya medallarını yaratmaq üçün istifadə olunan maddələrin xüsusi qiymətləri var.
Hər bir Olimpiya medalının mərkəzində yerləşdiriləcək Eyfel qülləsinin dəmir parçasının dəyərini nəzərə almasaq, hər qızıl medalın dəyəri təxminin 1027 ABŞ dolları, gümüş və bürünc medallar isə müvafiq olaraq 535 ABŞ dolları və 4,6 ABŞ dolları dəyərindədir.
Bizi sosial şəbəkələrdən izləyin!!