Olimpiadalarda qazanılan medalların qiyməti nə qədərdir? | Banco.az

Olimpiadalarda qazanılan medalların qiyməti nə qədərdir?

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, hazırda Tokioda dünyanın ən maraqlı idman turnirlərindən biri olan Yay Olimpiya Oyunları keçirilir. Bu oyunlarda idmançılar təmsil etdikləri ölkələrə qürurverici anlar bəxş etmək üçün mübarizə aparırlar. Olimpiada boyunca idmançılara qızıl, gümüş və bürünc olmaqla ümumilikdə 900-dən çox medal təqdim ediləcək. Bəs bu medalların qiyməti nə qədərdir?

Təbii ki, medalların mənəvi dəyərini və qazandırdığı nüfuzu pulla ölçmək mümkün deyil, ancaq bu medalların hazırlanmasında istifadə edilən maddələrin ümumi qiyməti hesablana bilər.

Əvvəla qeyd etmək lazımdır ki, qızıl medal, özlüyündə adını tamamilə doğrultmur. Belə ki, bu medallar gümüş medalın üzərinin qızılla örtülməsindən əldə olunur. Ümumi çəkisi 556 qram olan qızıl medalın təkcə 6 qramı saf qızıldan, qalanı isə gümüşdən hazırlanır. Mövcud qiymətlərə əsasən bu medalın qiyməti zərgər xərcləri istisna olmaqla 792 dollar təşkil edir.

Gümüş medal isə 550 qram saf gümüşdən hazırlanır ki, onun da qiyməti 445 dollar hesablanır.

Ən sərfəli kredit üçün müraciət et

Bürünc medal isə 95% mis, 5% sinkdən ibarətdir. Ümumilikdə 450 qram ağırlığı olan bürünc medalın qiyməti isə 4.1 dollar təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et