Bürodan "Banco.az"a daxil olan məlumata görə, 2015-ci ilin oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 80 880 müqavilə qeydiyyata alınıb. Bunların 12 808-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,6 milyon manat təşkil edib.
2014-ci ilin oktyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 12%, sığorta haqlarının məbləğində isə 11% azalma müşahidə edilib.