Öhdəliklərimiz davam edir, kapital artımı olacaq! | Banco.az

Öhdəliklərimiz davam edir, kapital artımı olacaq!

Öhdəliklərimiz davam edir, kapital artımı olacaq!

Mətbuatda “Başak- İnam” Sığorta Şirkətinin sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsinin dayandırılması ilə bağlı yayılan məlumata Banco.az olaraq açıqlama gətirməyi vacib hesab etdik.

Məsələ ilə bağlı şirkətin Biznesin İnkişafı Departamentinin direktoru Hikmət Allahverdinin münasibətini öyrənmək qərarına gəldik.

Hikmət müəllim bildirir ki, hal-hazırda şirkətin ödənilmiş nizamnamə kapitalının həcmi 6 milyon AZN-dir ki, bu da sığortaçının tələb olunan kapitalından 1 milyon artıqdır. Lakin şirkətin məcmu kapitalının da şığortaçının tələb olunan kapitalından az olmaması lazımdır. Bu rəqəm, məcmu kapitalın həcmi, nizamnamə kapitalından nisbətən aşağıdır.

Ən sərfəli kredit üçün müraciət et

Məsələ ilə bağlı şirkətin Direktorlar Şurasının iclası keçirilmişdir və qısa zamanda şirkətin Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası keçiriləcək və yığıncaqda məcmu kapitalın tələblərə uyğunlaşdırılması məqsədilə nizamnamə kapitalının 3 milyon artırılması məsələsi müzakirə ediləcək.

Bütün öhdəlikərimiz qüvvədədir, amma sığorta məhsullarının satışı dayandırılıb. Bu günədək məhsullarımızı əldə etmiş müştərilərimizin narahatçılığına əsas yoxdur.
Məcmu kapitalın tələb olunan kapital həddinə çatdırılmasından sonra lisenziyamızı bərpa edəcəyik.

Ən sərfəli krediti almaq üçün müraciət et