Oğurlanmağın qarşısını alan yemək paketlərini bilirdinizmi? | Banco.az

Oğurlanmağın qarşısını alan yemək paketlərini bilirdinizmi?

Bir məhsulun yaradıcı olmasından əlavə, hər hansı  bir ehtiyacı qarşılması da önəmlidir.  Belə məhsullardan biri də   oğurluğun qarşısın alması üçün dizayn edilmiş günorta yeməyi paketləridir. 

Business insider-a istinadən, the adlı dizayn şirkəti bu yemək paketlərinin üstünə yaşıl rəngli kif işarəsi qoyur və bu xususiyyət sahəsində yeməyiniz digər insanların gözündə kifli görünür və oğurlanmasına mane olur.  Eyni zamanda bu paketin bir xususiyyətlərindən biri də, içəridən asta şəkildə buxarlanma xususiyyətidir.

Maraqlı və yaradıcı fikir olan, bu paketin satışa çıxarıldığı Perpetual Kid saytında bu məhsulla əlaqləli belə bir rəy yazılıb:

Ən sərfəli kredit üçün müraciət et

Bu günə qədər hazırlnmış ən ağıllı ideyadır. Təsəvvür edin, binamızda yemək oğrusu The Hamburgler (burgler ingiliscə oğrudur) adlandırdığımız bir sakin yaşayır. Bu paketdən istifadə nəticəsində oğurluq statistikası getdikcə azalıb.

Lakin gələn rəylərdən biri də, məhsulun yaxşı olmasına rəğmən  soyuducuya qoyulduğu zaman kifli olduğu üçün başqa biri tərəfindən zibilliyə atılması göstərilir. Hazırda tapılmış tək mənfi cəhəti budur. Paket 25-li şəkildə satılır, yəni bir paket 25 “kifli” poşetdən ibarətdir və qiyməti 4 dollardır.