Ofislərdə yarana biləcək əsas təhlükələr | Banco.az

Ofislərdə yarana biləcək əsas təhlükələr

İş sağlığı və təhlükəsizliyi deyərkən, ümumiyyətlə, sıx əmək gücünün hakim olduğu fabriklər, mədənlər, inşaatlar və ya digər ağır sənayə qolları ağla gəlsə də, bəyaz köynəklilərin haradasa ikinci evi olan ofislərdə də ciddi təhlükələr  mövcuddur. Ancaq bu təhlükələrlə əlaqədar lazımi qədər məlumat sahibi olduğumuzu deyə bilmərik, çünki bu qəzaların çoxu ölümlə nəticələnmir. Ofis mühitində məruz qaldığımız  bu risklər bizə bəlkə qısa müddətdə təsir eləməsə də, uzun müddətdə ciddi çətinliklər yarada bilər. Məsələn, oturma nizamımızı nəzər salsaq, bu da əslində bir iş sağlığı mövzusudur. Ortalama 6-7 saatımızı stol arxasında keçirdiyimizi düşünsək, stulda oturarkən vücudumuzun aldığı forma uzun müddətdə o qədər önəmli vəziyyətə gəlir ki, əgər doğru oturmasaq vücudumuza qalıcı təsirlər verəbilər. Bəs ciddi nəticələr yaradabiləcək 3 əsas təhlükə hansıdır?

1. Ofislərdəki havasızlıq

Bəzən ofisdən çölə çıxıb sonra geri dönəndə otağın əslində nə qədər havasız olduğunu görərsiniz. Diqqət etmisinizsə içəridə olanda havasızlığın fərqində olmursunuz. Ofisinizin havalandırma sistemi yoxdursa çox böyük risk altındasınız. Pis hava və ya havasızlığa həmişə məruz qaldığınızda bədəninizi müxtəlif allergiyalar  yarana  bilər. Havasızlıq, xüsusilə, xəstəliklərin sürətlə yayılmasına da yol aça bilər. Buna mütləq diqqət eləməlisiniz.

Ən sərfəli kredit üçün müraciət et

2. Düşmələr

Sürüşkən zəminlər, sürüşkən mərmərlərin istifadəsi, fərqli dizaynda düzəldilmiş pilləkənlar kimi kiçik detallar zaman – zaman böyük təhlükələrə yola aça bilər. Xüsusilə, ofis şəraiti kimi bucaqlı ofis alətlərinin, stolların çox olduğu bir mühitdə kiçik bir düşmənin belə çox böyük fəlakətlər törədə bilər. Beləliklə sürüşkən zəminlərin işarələnməsinə, gəliş-gediş yolunda bu cür bucaqlı alətlərin olmamasına diqqət etməli və lazımi tədbirlərin görülməlidir.

3. Fiziki çətinliklər

Bu ümumiyyətlə oturma nizamınızdan və ya kompyuterdə işləməyinizdən qaynaqlanır. Əgər düzgün formada oturmasanız uzun müddətdə fiziki çətinliklər yaşaya bilərsiniz. Eyni şəkildə monitorun göz və baş nayihələrinndə olması və gözdə yaşanabiləcək çətinliklər yarada bilər. Əlavə olaraq daha çox monitora baxmamaq, gözləri istirət etdirmək lazımdır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et