Hər ümumi sahədə olduğu kimi, iş yerlərində də bəzi etiket qaydaları var.
Banco.az bu qaydalar haqqında məlumatı təqdim edir:
1- Fərdi kompüterinizdə səs və ya musiqini yalnız siz eşidə bilərsiniz. Buna görə mütləq qulaqlıqdan istifadə etməlisiniz.
2- Mobil telefonunuzun səsini açıq buraxmamalı, hətta titrəmək əvəzinə səssiz rejimə dəyişməlisiniz.
3- Telefon danışıqlarını masanızda deyil, iş yerindən kənarda etməlisiniz.
4- Dostlarınızla danışmaq üçün qışqırmamalısınız.
5- Davamlı ayaqlarınızı silkələməklə qonşu masada dostunuzu narahat etməməlisiniz.
6- Ofisdə qoxulu qidalar qəbul etməməlisiniz.
7- İcazə verilmədikcə dostunuzun kompüterinə müdaxilə etməməli, hətta ekrana baxmamalısınız.
8-İstifadə etdiyiniz yemək, içki qalıqları və zibilləri ümumi yerlərdə toplamalısınız.
9- Təkrarlayıcı və narahatedici səslər çıxarmamalısınız
10- "Sabahınız xeyir" və ya "Salam" deyərək ofisə daxil olmaq hər kəs üçün yaxşı başlanğıcdır. Dostlarınızı diqqətdən kənarda qoymamalısınız.
11- Ofisdə qrup halında toplaşmaqdan, uzun söhbətlər etməkdən çəkinməlisiniz.
12- Dostunuzun işini sırf öz prioritetiniz üçün bölmək eqoizmdən başqa bir şey deyil, onun bunun üçün vaxtının olub olmadığı ilə maraqlanmalısınız.
13- Kondisioner kimi ümumi yerlərdə istifadə olunan cihazların işləmə müddətini öz ehtiyaclarınıza görə təyin etməməlisiniz.
14- Qrip və ya soyuqdəymə kimi virus xəstəliyiniz varsa, mümkünsə evdə istirahət etməlisiniz.
15- Ətir və odekolonları minimuma endirməlisiniz.