18 yaşındaykən Şimali Florida Universitetində mühəndislik təhsili alan Kat Cole universitetdəki ehtiyaclarını ödəmək və ailəsinə əlavə xərc yaratmamaqdan ötrü Hootersda ofisiantlıq etməyə başlayır. Ofisiantlıqla bərabər ehtiyac duyulan hər işi görən Cole qısa zamanda ən yaxşı işçi seçilərək Hootersın Avstraliyadakı dilerinə göndərilir. Lakin universitet həyatı buna maneçilik törətdiyindən universiteti dayandırmaq məcburiyyətində qalır.
P.S: Düzdür, Zukerberq, Gates kimi çox uğurlu insanlar da universiteti tərk edərək uğurlu olub lakin bu o demək deyil ki, hamı universiteti tərk edərək milyarder ola bilərsən. Ona görə də bu yazını oxuyarkən universiteti dayandırmaq barədə düşünməyəcəyinizi zənn edirəm.
Anasının həmişə dediyi mən deyiləmsə kim?, indi deyilsə nə zaman? ifadəsini özünə həyat fəlsəfəsi kimi qəbul etmiş Cole Avtraliyaya getmə təklifini universiteti tərk etmək məcburiyyətində qalsa belə qəbul edir. Bəlkə də onun bu qədər uğurlu olmasına səbəb əzmkarlığıdır. Avstraliyadan sonra Hootersin dünyanın digər yerlərində filliallarına gedib orada çalışanlara təlim verməyə və motivasiya verməyə davam edir. Universitetdən məzun olmasa belə MBA proqramına müraciət edir (ABŞ-da bəzu universitetlər gənclərin çoxunu universitetdən məzun olmasa belə MBA proqramına qəbul edə bilir) . Əlinə keçən bütün fürsətlərdən istifadə edən, Cole 2010-cu ildə Hootersən ayrılır və Cinnabonda işə başlayır. Oradakı əzmkarlığı sayəsində 2011-ci ildə hələ 32 yaşında Cinnabonun CEO-su olur. 2013-cü ildə Cinnabon satışları milyard dolları keçir. Cole hələ də Cinnabonda COO (Chief Operating Officer) olaraq öz vəzifəsini davam etdirir.
Gənc yaşlarında Hootersdə təkcə ofisantlıq deyil aşbazlıq, xadiməçilik edərək işçiləri daha yaxından müşahidə etmə bacarığı əldə etdi. İndi isə biz onun 6 məsləhətini sizlərə təqdim edirik.
Heç vaxt bir fürsəti geri çevirmə.
Bir lider olaraq çalışanlarınızı diqqətlə dinləyin.
Daha böyük düşünün, hər zaman düşündüyünüzdən də böyük.
Əgər risk böyükdürsə, kiçik addımlarla ona yaxınlaşın və uğurlu olun. Çünki kiçik addımlar atmaq hədəflərimizdən uzaqlaşmaq deyil, bir addım önə keçməkdir.
Risk alın amma heç vaxt şəxsiyyətinizə zərər verəcək şeylər etməyin.
Hədəfə köklənin və nə uğrunda risk aldığınızı unutmayın.