İş həyatı həftənin ən az 5 gününü aldığı üçün, həyatımızın çox hissəsini əhatə edir. Ofis həyatı bir çox insana fiziki və psixoloji olaraq mənfi təsir edə bilir. Bunun qarşısını almaq üçün sizə ofis həyatında edə biləcəyiniz müxtəlif idman hərəkətlərini təqdim edəcəyik.
Ümumiyyətlə həftənin 5 günü, gündə ən az 8 saat ofisdə olduğunuzu düşünsək, görürük ki, günün böyük bir hissəsini ofisdə oturaraq keçirirsiniz. Ofis işçilərindən ən çox eşidilən şikayətlər boyun və kürək ağrıları ilə əlaqədar olur. Komputer və masa arxasında keçirilən zaman, əslində bədənimizin hərəkətsiz qalmasına səbəb olduğun üçün müxtəlif ağrılara səbəb ola bilir. Bunun üçün sizə təklif edəcəyimiz hərəkətləri ofisdə 5 dəqiqənizi ayıraraq edə bilərsiniz.
Ofisdə boyun hərəkətləri
Ofisdə, xüsusilə komputer arxasında çox zaman keçirirsinizsə, deməli boynunuzun mütləq güclənməyə və əsnəməyə ehtiyacı var. Bunun üçün, oturacağınızda dik oturun və dərin bir nəfəs alın. Başınızı sağa əyin. Hərəkəti edərkən üzünüz qarşıya baxmalıdır. Ürəyinizdə 10-a qədər sayın. Sonra başınızı dik olaraq qaldırın. Yenə dərin bir nəfəs alın və sola doğru başınızı əyin. 10-a qədər sayın. Hərəkəti edərkən gözlərinizi bağlaya bilərsiniz.
Ofisdə Çiyin və Kürək hərəkətləri
Səhv ya da davamlı olaraq oturmaqdan qaynaqlanan ağrılardan xilas olmaq üçün, mütləq bir neçə saatda bir kürək və çiyinlərinizi hərəkət etdirməlisiniz. Davamlı oturmaq həm onurğa duruşunuzu poza bilər, həm də kürək və bel ağrılarına səbəb ola bilər. Eyni zamanda qan dövranı pozğunluğu da səbəb olduğu söylənilir.
Ofisdə çiyin və kürəyinizi əsnəmək üçün, qollarınızı başınızın üstündə dik formada qaldırın. Bu hərəkəti edərkən dik oturmalı və ya ayaqüstə olmalısınız. Qollarınızı birləşdirib yaxşıca gərdikdən sonra, dərin bir nəfəs alıb sol tərəfə doğru yüngülcə əyilin. Daha sonra əvvəlki vəziyyətinizə qayıdın. Sonra yenidən dərin bir nəfəs alıb, sağ tərəfə doğru yüngülcə əyilin. Bu hərəkəti edərkən dik duruşunuzu pozmamağa diqqət edin.
Oturacağınızda dik oturun və sağ çiyininizi, dairəvi formada hərəkət etdirin. Oxşar hərəkəti bir də əks istiqamətdə tətbiq edin. Daha sonra digər çiyinə keçərək təkrarlayın. Bu hərəkət çiyin və boyun əzələlərinizdəki gərginliyi azaldacaq.
Ofisdə ayaq hərəkətləri
Ofisdə ayaq hərəkətləri, sizə olduqca müsbət təsir edəcək. Ayaqlarınızı hərəkət etdirmək qan dövranınızı sürətləndirəcək və maddələr mübadiləsi sürətinizi qorumağa yardımçı olacaq. Çox oturmaqdan qaynaqlanan bir çox problemi qayaq əsnətmə hərəkətləri ilə aradan qaldıra bilərsiniz.İş masanızın altından ayaqlarınız görünmürsə bu hərəkətləri etmək sizin üçün olduqca asan və rahat olacaqdır.
Topuqlarınızı əvvəlcə saat istiqamətində, daha sonra saat istiqamətinin əksi istiqamətində 10 dəfə çevirə bilərsiniz. Bu hərəkət ayaqlarınızı, bir sonrakı hərəkətlər üçün hazır vəziyyətə gətirəcəkdir. Daha sonra masanızın altında ayaqlarınızı mümkün qədərə uzağa uzadın. Ayaq barmaq uclarınızı əvvəlcə özünüzə çəkin, sonra irəli itələməyə çalışın. Əgər dikdaban ayaqqabı geyinirsinizsə, bu hərəkət sizə dikdaban ayaqqabının verəcəyi narahatlıq hissini də azaltmağa köməkçi olacaq.
Divarda jim hərəkəti
Ayaqlarınızı rahat hərəkət etdirə biləcək yeriniz və vaxtınız varsa, bütün bədəninizi eyni anda əsnədə biləcəyiniz divarda jim hərəkətlərini də yoxlaya bilərsiniz.
Divara üzünüzü çevirin və divarla aranızda 2 addım saxlayın. Daha sonra iki əlinizi də divara uzadın. Ayaqlarınızı birləşdirin və yerdə etdiyiniz kimi jim hərəkətlərini divarda edin. Bu hərəkəti sürətli etməməyə çalışın.