OECD yüz ilin ən böyük vergi islahatına hazırlaşır | Banco.az

OECD yüz ilin ən böyük vergi islahatına hazırlaşır

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) vergi sisteminin dəyişdirilməsinə dair bir neçə ay ərzində hazırlanmış təklifləri təqdim edib. Diqqət mərkəzində saxladığı əsas məsələ iri texnoloji korporasiyaların fəaliyyəti olan təkliflərin mahiyyəti bundan ibarətdir ki, texnoloji korporasiyalar və digər transmilli şirkətlər öz məhsullarını satdıqları ölkələrdə daha çox vergi ödəsinlər – bu, vergi sığınacaqları vasitəsilə vergidən yayınmanın qarşısını ala bilər. Yeni təkliflərə əsasən, müxtəlif ölkələrdə fəaliyyət göstərən şirkətlər həmin ölkələrin hər birində əldə etdikləri mənfəətdən proporsional qaydada vergi ödəməlidirlər. Texnoloji şirkətlərdən əlavə, yeni qaydalar müxtəlif ölkələrdə avtomobillərini və dəbdəbəli əşyalarını satan istehsalçılara da şamil ediləcək. Təşkilat ümid edir ki, yeni qaydaların əsas müddəaları üzrə G20 ölkələri tərəfindən razılaşmaya gələn ilin yanvar ayına qədər nail olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et