Müəllif - Aida İsaq, Banco.az
Rusiyanın ümumi daxili məhsulunun (ÜDM) həcmi cari ilin sonunda 1,5%, 2024-cü ilin sonuna qədər isə daha 0,4% azalacaq.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) proqnozunda bildirilir. Şirkətin analitiklərinin proqnozuna əsasən, dinamikanın müvafiq olaraq 2,1% və 0,5% olacağı güman edilirdi. Eyni zamanda, 2022-ci ilin noyabrında OECD-in proqnozuna görə, Rusiya ÜDM-nin 2023-cü ildə 5,6%, 2024-cü ildə isə yalnız 0,2% azalacağı gözlənilirdi.
Qeyd edək ki, təşkilatın məlumatına görə, qlobal iqtisadi artım 2022-ci ilin 3,3% səviyyəsindən sonra bu il 2,7%-ə enəcək. Gələn il qlobal artım 2,9%-ə qədər sürətlənəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!