OECD qlobal iqtisadi artım proqnozunu aşağı saldı | Banco.az

OECD qlobal iqtisadi artım proqnozunu aşağı saldı

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal iqtisadi artım proqnozunu azaldıb.

Təşkilat qlobal iqtisadi artım proqnozunu 3.2 faizdən 2.9 faiə endirib.

Qarşılıqlı gömrük tariflərinin artırılması ilə davam edən ABŞ və Çin arasındakı ticarət müharibəsi, Brexit və geosiyasi gərginliklər qlobal iqtisadi artıma mənfi təsir göstərir. 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qlobal mənzərəyə dair son hesabatında getdikcə artan ticarət münaqişələrinin qlobal inkişaf trendini maliyyə böhranı dövründə görülən səviyyələrə endirdiyi və hökumətlərin uzunmüddətli zərərdən qaçmaq üçün lazımi səylər göstərmədiyi qeyd olunub.

Parisdə yerləşən qurum qeyd edib ki, proteksionist siyasət iqtisadi inam və investisiyalara pis təsir edir.  

Ən sərfəli kredit üçün müraciət et

Maliyyə bazarları üzərindəki risklərin artması da qurumun proqnozlarını azaltmasına təsir göstərib. 

OECD-nin hesabatında, "Qlobal mənzərə getdikcə daha kövrək və qeyri-müəyyən bir hal aldı. Ticarət siyasətində artan gərginliyin inam və investisiyalara vurduğu zərər böyüyür", -ifadəsi yer alıb.

Qurumun Avro Bölgəsinə dair iqtisadi artım proqnozu 2019-ci il üçün 1.2 faizdən 1.1 faizə, 2020-ci ilin təxminini 1.4 faizdən 1 faizə endirib. Yaponiyanın iqtisadi artımı proqnozu 2019-cu il üçün 0.7 faizdən 1 faizə  qaldırılıb, 2020 təxmini 0.6 faizdə sabit saxlanılıb. ABŞ üçün iqtisadi artım proqnozu 2.8 faizdən 2.4 faizə, 2020 təxmini 2.3 faizdən 2 faizə endirilib. İngiltərənin böyümə proqnozu 2019 üçün 1.2 faizdən 1 faizə, 2020 təxmini 1 faizdən 0.9 faizə endirilib. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç